Go to Main PagePH International (Project Harmony) on Facebook
ABŞRusiyaMakedonianGürcüstanErmənistanUkrayna
Honor the Past and Invest in the Future:
Home Biz kimik Biz nə edirik Biz harada işləyirik Biz necə kömək etmişik
Siz necə kömək edə bilərsiz PH Xəbərləri
<< Öncəki  < Əvvəlki     [Səhifə 1/3]    Növbəti >  Sonuncu >>  
15.04.2009 | ccf | İcma Əlaqələri proqramının Məzunu Regional Mediaya Təşəbbüs Yolunda qrant udub
İcma əlaqələri proqramının məzunu, Media Hüquqları Mərkəzinin Sədri Mətanət Müslümqızı bu yaxınlarda layihəni həyata keçirməkdən ötrü Açıq Cəmiyyət İnstitutu tərəfindən qrant əldə edib. “Regional Mətbuatda Media Müzakirələri” adlanan bu layihə regional qəzetlərdə, internet əsaslı mediada və televiziyada çalışan yerli media işçilərinin problemlərini öyrənməyə yönəlmişdir. Müslümqızı 2008-ci ildə İcma Əlaqələri layihəsinin Media Müdafiəsi və Alternativ Medianın İnkişafı mübadilə proqramında ABŞ həmkarları ilə birgə iştirak etməsindən sonra bu layihəni yaratmağa həvəslənmişdir. Bu səfər ona Ohayo Dövlət Universitetinin jurnalizm fakültəsində keçirilən media inkişafı təlimində iştirak etmək imkanı yaratmişdır.

23.01.2009 | ccf | İcma Əlaqələri məzunu Korporativ Sosial Məsuliyyətin daha yaxşı qavrayışını təşviq edir.
İcma Əlaqələri məzunu, Lənkəran İntellekt Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Samir Axundov Korporativ Sosial Məsuliyyəti (KSM) daha yaxşı qavramanığını təşviq etməklə Azərbaycanda sosial məsuliyyətli biznes mədəniyyətinin formalaşması yolunda ilk addım atdı. Onun özəl sektorunun sosial məsuliyyətli biznes təcrübələri və xeyriyyə təşəbbüsləri vasitəsilə icmalara necə xidmət etdiyini öyrənmək üzrə ABŞ-da keçdiyi üç həftəlik təcrübə proqramında iştirakının ardınca, Axundov KSM-in yerli biznes və icmalardakı rolunu müzakirə etmək üçün Azərbaycan QHT-ləri və təhsil müəssisələri ilə görüşmüşdür.

07.10.2008 | ccf | İcma Əlaqələri Məzunu Alternativ Medianı Demokratikləşmədə bir Güc kimi Təqdim edir
Azad jurnalist Zenfira Əlibəyova İcma Əlaqələri Proqramı vasitəsi ile Ohayo ştatına səfərdən sonra Amerika həyatı haqqında yazılar yazmaq marağında oldu. Əlibəyova İcma Əlaqələri Proqramında iştirakdan sonra Amerika mediasında hazırkı istiqamətlər haqqında “Amerikaya uçuş” başlıqlı silsilə yazılar nəşr etmişdir.

22.07.2008 | ccf | İcma Əlaqələri məzunu xüsusi ehtiyaclı icmaları ictimai-özəl əməkdaşlıq vasitəsilə dəstəkləyir
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Media ilə Əlaqələr üzrə direktoru Elnur Kələntərov xüsusi ehtiyacı olan, gənc və yetkinlərin sosial inteqrasiyası uğrunda uzun müddət təşviqat işi aparmışdır. İşinə olan böyük marağı onu USAİD-in İcma ƏLaqələri proqramında iştirak etməyə həvəsləndirmişdir və 2007-ci ilin yayında Birləşmiş Ştatlarda İctimai Xidmət Marketinq kampaniyasında iştirak etmişdir. Bu mübadilə nəticəsində Kələntərov ictimai məlumatlılığı artırmaq üçün marketinqdən effektiv istifadə yollarını öyrənmişdir. Hazırda o, kimsəsiz uşaq evlərindən və az təminatlı ailələrdən olan xüsusi ehtiyaclı gənclər və uşaqların bilik və bacarıqlarının artırılması və inkişafı üçün imkanlar yaradır.

21.04.2008 | ccf | İcma Əlaqələri Proqramının Məzunu Gənclərin Fəaliyyəti üçün Dəstək Yaradır
Məlahət Tağıyeva ABŞ-ın İcma Əlaqələri Gənclər, Həvəskar İdman və Maraq Assosiasiyaları mübadilə proqramında iştirak etdiyi zaman hökumət orqanlarının, QHT-lərin və bizneslə məşğul olan müəssisələrin nümayəndəlikləri gəncləri idman və digər tədbirlər vasitəsilə necə dəstəklədiklərini öyrəndi. Sonra Lənkəran Şəhər İcra Hakimiyyətində Gənclər və İdman Departamentinin Şöbə Müdiri Məlahət xanım Azərbaycana qayıtdıqdan sonra gənclərin fəaliyyətini dəstəkləməkdə maraqlı olan icma üzvləri və təşkilat dairəsinin genişləndirilmə ehtiyacının olduğunu müəyyən etdi.
<< Öncəki  < Əvvəlki     [Səhifə 1/3]    Növbəti >  Sonuncu >>  
Go to Main Page
PH International - Azərbaycan
| |
T   | F   | E 
Vermont  |  Moskva  |  Skopje  |  Tiblis  |  İrəvan  |  Kiev
ABŞ   Rusiya   Makedonian   Gürcüstan   Ermənistan   Ukrayna
Biz kimik Biz nə edirik Biz harada işləyirik Biz necə kömək etmişik Siz necə kömək edə bilərsiz PH Xəbərləri