|
News Source: http://ccfrussia.ru/index.php?s_country=az&lang=aze&mod=n_article&n_id=428
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən İcma Əlaqələri "İqtisadi Araşdırma Mərkəzlərinin Yaradılması, Dəstəklənməsi və İdarə Olunması" mübadilə proqramı elan olunur. Azərbaycandan "İqtisadi Araşdırma Mərkəzlərinin Yaradılması, Dəstəklənməsi və İdarə Olunması" mübadilə proqramı üzrə 8 peşəkar mütəxəssis ABŞ-da 3 həftəlik təcrübə keçmək imkanı əldə edəcək. Bu mübadilə iştirakçılara Amerika Birləşmiş Ştatlarında biznes sahələrinin və hökumətin biznes və iqtisadi qərarlar verməkdə elmi araşdırma mərkəzlərinə necə etibar etmələri və güvənmə yolları təqdim olunacaq. İştirakçılar elmi araşdırma mərkəzlərinin iqtisadi siyasətin hazırlanmasında necə iştirak etdiyini, bu mərkəzlərin bitərəf araşdırmalarla təmin etmək və qiymətləndirmələr aparmaq vasitəsi ilə hökumətə necə yardımçı olduqlarını və araşdırma mərkəzlərinin necə davamlı müstəqil bir qruplara çevrilməyə nail olduqlarını görəcəklər.
Proqramda iştirak üçün əsas tələblər:
Azərbaycan vətəndaşı olmalı və seçim zamanı Azərbaycanda yaşamalısınız
Qeyd olunmuş sahədə peşəkarlıq qabiliyyətinizi və liderlik bacarığınızı nümayiş etdirməlisiniz
Ən azı 2 il iş təcrübəsinə malik olmalısınız
Proqramda iştirak üçün İngilis dilini bilmək vacib deyil. Seçim, müsabiqə əsasında aparılacaq və yalnız son tura qalmış şəxslər müsahibəyə dəvət olunacaqlar.
Müraciət üçün son tarix: 13 Mart 2009-cu ildir.
Doldurulmuş müraciət və zəmanət formları PH-İnternational təşkilatı 28 May küç. 9, mən. 62 unvanına təqdim olunmalıdır.
DİQQƏT: Proqramın təqdimat mərasimi aşağıdakı şəhərlərdə keçiriləcək:
| Bakı |
tarix: 23 yanvar |
saat: 11.00 |
ünvan: Azərbaycan Media Mərkəzi, D. Əliyeva kuç. 218 |
| Gəncə |
tarix: 26 yanvar |
saat: 11.00 |
ünvan: Gəncə Təhsil Məlumat Mərkəzi, Mirəli Qaşqay 10 |
| Şəmkir |
tarix: 26 yanvar |
saat: 15.00 |
ünvan: Milli QHT Forumun Şəmkir Reqional Resurs və Təlim Mərkəzi, S. Vurğun küç., 129A (Beynəlxalq Bankın yanı) |
| Qazax |
tarix: 27 yanvar |
saat: 12.00 |
ünvan: Qazax Mədəniyyət Evi, S. Vurğun küç., 28 |
| Xacmaz |
tarix: 29 yanvar |
saat: 15.00 |
ünvan: Xacmaz İcra Hakimiyyəti, H. Z. Tağıyev, 10 |
Proqramda iştirak üçün müraciət formlarını 28 May küç. 9, mən. 62 unvanında yerləşən PH-İnternational təşkilatından əldə edə, yaxud internet səhifəsindən yükləyə bilərsiniz: www.communityconnections.az
Əlaqə telefonlar: (994 12) 447-91-90, 447-91-81, mob. (050) 204-9054
| |